Sumqayıtda gərginlik: Ayxan Abbasov texniki zonadan göndərildi

18:16 - 10 Mart 2019

Azərbaycan Premyer Liqasının 20-ci turunda "Sumqayıt" "Neftçi"ni qəbul edir.

 

Sportal.az xəbər verir ki, oyunun ikinci hissəsi daha gərgin keçib. 

 

Qarşılaşmanın baş hakimi Rəşad Əhmədov 85-ci dəqiqədə qərarına sərt təpki göstərdiyi üçün "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu texniki zonada uzaqlaşdırıb. Lakin 37 yaşlı mütəxəssis Əhmədovun bu qərarına bir müddət reaksiya göstərib. O, qarşı tərəfin texniki zonasına göstərərək, baş hakimə etiraz göstərib. Abbasovu köməkçiləri sakitləşdirib. Gənc mütəxəssis meydanı tərk edən kimi "Neftçi" hesabda 2:1 önə keçib.

Xəbər xətti