Ayxan Abbasov: "Futbolçularla söhbət etməyə vaxtımız olacaq"

19:41 - 10 Mart 2019

Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

 

"Danışmaq mənə çətindi. Üzrlü sayın. Futbolçularımı təbrik edirəm. İlk növbədə xarakterə görə. İkinci hissədə hava şəraiti də oyuna təsrini göstərdi. Ancaq bütün tapşırıqlarımı yerinə yetirdilər. Hər şey normaldı".

 

Gənc çalışdırıcı texniki zonadan uzaqlaşdırılması barədə bunları deyib: "Protokolda hakimliklə bağlı etirazı yazmaq işi ilə mən məşğul deyiləm. Hakim oyunun nəticəsinə təsir edib-etmədiyini siz deyə bilərsiniz".

 

Abbasov qırmızı vərəqə alan qapıçı Mehdi Cənnətovla danışmadığını söyləyib: "Oyundan sonra heç vaxt futbolçularımla isti-isiti söhbət etmirəm. Buna ehtiyac görmürəm. Söhbət etməyə vaxtımız olacaq".

 

Xəbər xətti