Almaniyalı mütəxəssis “Sumqayıt”da

13:11 - 13 Mart 2019

"Sumqayıt" Futbol Akademiyasının yeni direktoru müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, akademiyaya Hakan Sünal rəhbərlik edəcək. Yaxın günlərdə Bakıya gələcək 38 yaşlı Türkiyə əsilli alman mütəxəssislə rəsmi müqavilə imzalanacaq.

 

Xəbəri klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov “Futbolinfo”ya açıqlamasında təsdiq edib: “Bəli, Hakanla razılaşma əldə olunub. Bayrama kimi onunla rəsmi müqavilə bağlanacaq”.

 

Qeyd edək ki, Sünal buna qədər “Frankfurt” və “Ayntraxt” klublarının aşağı yaş qrupları üzrə komandalarında məşqçi kimi çalışıb.

Xəbər xətti