Azərbaycan Premyer Liqasında 21-ci turun “Zirə” – “Keşlə” oyunundan (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis qələbəni şərh edib:
"Oyunun əvvəlindən həyəcan var idi. Sona qədər də necə nəticələnəcəyini bilmirdik. Çox həyəcanlı idik. Çətin rəqiblə qarşılaşdıq. "Keşlə" ilə bəzi oyunlarımız alınmır. Millilərin oyunlarına görə, yaranan fasiləyə yaxşı əhval-ruhiyyədə çıxırıq. Uduzmadıq, uğurlu seriyanı davam etdirdik. Deyə bilmərəm ki, fasilənin bizə xeyri olacaq. İnanırıq ki, bu fasilədən yaxşı yararlanacağıq".
Abasov penalti zərbəsini iki dəfə qeyri-dəqiq yerinə yetirən Xulio Sezar Rodrigesin gərgin olduğunu deyib: "İlk zərbəni qaçırdıqdan sonra penaltini başqa oyunçuya vermək Sezara zərbə olardı. Kənardan qışqırsan ki, sən vurma, başqa oyunçu yerinə yetirsin, bu, ona pis təsir edə bilərdi. Əcnəbidir, dilini də başa düşmürsən. Həmin an mübahisəyə səbəb ola bilərdi. Penaltini qola çevirmədiyinə görə yox, ümumilikdə oyun məni həyəcanlandırdı. Bizdə çox şey alınmırdı. Bəzi futbolçularımız həddən artıq ağır görünürdü. Buna görə məyus idim. Şükür ki, oyundan qalibiyyətlə ayrıldıq".
saytlarin hazirlanmasi