Premyer Liqanın 21-ci turunda “Sabah”la qarşılaşan “Sumqayıt” sabahdan etibarən məşqləri bərpa edəcək.
Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Ayxan Abbasovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırlıqlara start verəcək.
Milli komandaların heyətində olan Əli Babayev, Süleyman Əhmədov, Baxşəli Baxşəliyev, həmçinin, zədəli olan Aleksey İsayev və Əmir Ağayev məşqlərdə iştirak edə bilməyəcək.
Bundan başqa, “Sumqayıt-2”-nin 5 futbolçusu – Elvin Nəsibov, Rüfət Abdullazadə, İbrahim Əliyev, Səbuhi Abdullazadə və Emin Zamanov əsas komandanın hazırlıq prosesinə cəlb edilib.
Qeyd edək ki, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” martın 25-i “Qəbələ” ilə yoxlama oyunu keçirəcək. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq olan qarşılaşma saat 16:00-da start götürəcək.
saytlarin hazirlanmasi