Ayxan Abbasov: "Ən böyük günahkar mənəm"

21:25 - 1 Aprel 2019

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə məğlub olduqları matçdan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib: "Əlbəttə, acı məğlubiyyət aldıq. Birinci hissədə ümidli idik, oyuna yaxşı başlamışdıq. Amma ustalıq səviyyəsi öz sözünü dedi. İkinci hissədə futbolçularda psixoloji durum aşağı idi. Hər gün təzyiq altındayıq, çünki sonuncu yerdəyik. Üzərimizə düşən odur ki, qısa vaxt ərzində futbolçuları növbəti oyuna hazırlayaq".

 

Abbasov məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb: "Komanda məğlub olursa, burda ən böyük günahkar mənəm. Bütün həftəni "Qarabağ"la oyuna hazırlaşmışıq. Amma əgər Abdullah Zubir bütün komandanı aldadıb vurursa, məsələlərə real yanaşmaq lazımdır".

Xəbər xətti