Samir Abasov: "Hər şey etdi ki, futbolçularımız qırmızı vərəqə alsın"

21:15 - 6 Aprel 2019

"Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Neftçi"yə 2:4 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb. 

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

 

- İki komandaya da maraqlı oyuna görə təşəkkür düşür. Sonadək bilmirdik ki, hesab necə olacaq. Çox gərgin oyun keçdi. Səhvlərin üzərində çox dayanmayaq. Bu gündən sonra bizi çətin dövr gözləyir. Bir oyun da kuboku nəzərə alsaq, bir ayda ağır qrafikdə olacağıq.

 

- Əsəbləriniz sakitləşib?

- Yox. Həmişəki Samirəm. 

 

- Oyunun sonlarına yaxın Emin Mahmudova, final fitindən sonra Baqali Daboya iradlarınızı bildirdiniz. Onlarla dialoqunuz konkret nə oldu?

- Dabonu oyuna görə təbrik etdim, uğurlar arzuladım. Soruşsanız, bunu təsdiqləyər. Eminə isə etirazımı bildirdim. O, bu gün hər şey etdi ki, futbolçularımız qırmızı vərəqə alsın.

 

- Ehtiyat qapıçınız Orxan Sadıqlı nə etmişdi ki, qırmızı vərəqə ilə cəzalandı?

- Mən də görmədim. Səbəbini hakimdən soruşdum. Dedi ki, ehtiyatda olan futbolçunun meydana girməyə ixtiyarı yoxdur. Etiraz bildirdiyinə görə cəzalandırılıb.  

 

- Baqali Dabo olmasaydı, nəticə fərqli olardı?

- Daboluq heç nə yox idi. "Neftçi" 2 qolu standart vəziyyətdən vurdu. Bu zaman yazılır ki, kim kimi tutmalıdır. Bunu futbolçularımızla sorğu-sual edəcəyik. "Neftçi"nin 2 qolunda özümüz imkan yaratdıq, futbolçularımız arasında anlaşılmazlıq oldu. Düzü, fasilədən sonra 2 əvəzetmə etmək istəyirdimm. Ancaq gördük ki, Bilal Həmdinin zədəsi var. Vəziyyətinin necə olduğunu yaxın günlərdə biləcəyik. Meydana daxil olan futbolçular oyunun tempini artırdı. Dabonun yaxşı oynamağı bizim pis oynamağımıza görədir.

Xəbər xətti