“Zirə” klub tarixində 200-cü qolu vurub.
Sportal.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXIII turuna təsadüf edib. 8-ci km stadionunda “Neftçi” ilə qarşılaşan “qartallar”ın bu oyunda (2:4) vurduğu ikinci qol yubiley xarakteri daşıyıb. Bu topa penaltini dəqiq yerinə yetirən Mfo Kqasvane imza atıb.
2014-cü ildə yaradılan “Zirə” indiyədək 161 oyun keçirib. Bu matçlarda 200 qol vuran komandanın orta məhsuldarlığı 1,24-ə bərabərdi.
Bu qollardan 125-i Premyer Liqa, 55-i I Divizion, 15-i Azərbaycan kuboku, 5-i UEFA Avropa Liqasına təsadüf edib. “Qartallar” evdə 110, səfərdə 90 dəfə fərqlənib.
1-ci qol
07.09.2014. I Divizion. “Zirə” – MOİK – 1:0
Aslan Hüseynov, 48
50-ci qol
23.05.2015. I Divizion. “Göyəzən” – “Zirə” – 0:6
Elnur Abdulov, 90
100-cü qol
15.05.2016. Premyer Liqa. “Zirə” – “Kəpəz” – 2:2
Elvin Məmmədov, 69
150-ci qol
14.10.2017. “Zirə” – “Kəpəz” – 3:0
Riçard Qadze, 76
200-cü qol
06.04.2019. Premyer Liqa. “Neftçi” – “Zirə” – 4:2
Mfo Kqasvane, 80