“Sumqayıt” 2019-cu ildə ilk qələbəsini qazanıb.
Sportal.az xəbər verir ki, Topaz Premyer Liqasının XXIII turunda “Keşlə”ni qəbul edən Ayxan Abbasovun yetirmələri qələbəsizlik seriyasına son qoyub. 2:1 hesabı ilə qalib gələn meydan sahibləri 9 uğursuz matçdan sonra üç xala seviniblər. Sumqayıtlılar sonuncu dəfə ötən il dekabrın 1-də qalib gəlmişdi.
XIII turun “Səbail”lə ev görüşündə 1:0 hesablı qələbəyə sevinən komanda növbəti qalibiyyəti 126 gün gözləyib.
saytlarin hazirlanmasi