Azərbaycan Premyer Liqasının 23-cü turunda "Sumqayıt"ı evdə 2:0 hesabı ilə məğlub edən "Zirə"nin hücumçusu İsmael Fofana oyundan sonra jurnalistlərə müsahibə verib.
Sportal.az 30 yaşlı kot-d-ivuarlı futbolçu öncə qələbəni şərh edib:
- Yaxşı məcrada keçən oyun oldu. Son iki oyunda uduzmuşduq. İnamı bərpa etmək üçün qələbə vacib idi. Düzdür, hava şəraiti isti idi. Belə havada oynamağa öyrəşməmişdik. Bizə qələbə lazım idi və buna nail olduq.
- "Sumqayıt"ın çoxlu qol epizodları oldu. Düşünmürdünüz ki, məğlub da ola bilərdiniz?
- Bəli, siz düzgün vurğuladınız. Ancaq düşünmürəm ki, uduza bilərdik. Rəqibin çoxlu şansları oldu. Bəlkə də, bundan yararlansaydılar, daha fərqli olardı. Ancaq biz fürsətlərdən yararlandıq, iki qol vurduq.
- Artıq son pillədən xeyli uzaqlaşmısız. Üzərinizdən təzyiq gedib?
- Şükürlər olsun ki, son pillədə deyilik. Ancaq biz rahatlaşmalı deyilik. Hələ çempionatın gərgin oyunları qalıb. Düşünürəm ki, bu oyunlarda yaxşı nəticə əldə edib, yüksək yerlərdə qərarlaşa bilərik.
- Kubokun yarımfinalında "Sumqayıt"ı məğlub edib, finala yüksələ biləcəksiniz?
- Bu qələbə inam verməyə bilməz. Ancaq bir şeyi qeyd edim ki, kubokla çempionatın oyunları fərqli olur. İki oyun olacaq. Biz 3 xalı ev sahibi kimi qazandıq. Özümüzə inam artıb.
saytlarin hazirlanmasi