“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov yubiley oyununu keçirib.
Sportal.az xəbər verir ki, “Səbail”lə matç müdafiəçinin “Sumqayıt”ın heyətində keçirdiyi 150-ci çempionat görüşü olub. O, bu qarşılaşmalarda 1 qol vurub. 2013/14 mövsümündən bu komandada çıxış edən Hüseynov klubun tarixində 150 və daha çox oyun keçirən ikinci futbolçu olub. Onadək hazırda “Zirə”də oynayan Bəxtiyar Həsənalızadə bu göstəricini arxada qoyub.
Qeyd edək ki, “Sumqayıt” “Sabah”la matçda 1:2 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi