Azərbaycan Kuboku: üç futbolçu cəzalıdır

15:48 - 22 Aprel 2019

Sabah Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Meydan sahiblərinin heyətində Dmitri Bezotosnı zədə səbəbindən görüşü buraxmalı olacaq. Ağdam klubunda isə Yakub Jezniçak cəzalı olduğu üçün meydana çıxmayacaq.

 

"Zirə" isə səfərdə "Sumqayıt"la qarşılaşacaq. Meydan sahiblərinin heyətində Arif Daşdəmirovla Vurğun Hüseynov cəza səbəbindən oynamayacaq. "Qartallar"da isə itki yoxdur.

 

"Qəbələ" - "Qarabağ" oyunu 16:00-da, "Sumqayıt" - "Zirə" matçı isə 18:30-da start götürəcək.

 

Xəbər xətti