Ayxan Abbasov: "İstəyərdim ki, Sumqayıt şəhəri final həyəcanı yaşasın"

21:28 - 23 Aprel 2019

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda evdə “Zirə” ilə 0:0 hesablı heç-heçə edən “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. 

 

Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis oyunla bağlı danışıb:

 

"Bu oyuna çox ciddi hazırlaşmışdıq. Sevindiricidi ki, futbolçularımız taktiki cəhətdən düzgün oynadılar. Bu, ümumi mübarizənin ilk yarısı idi. Qarşıda bizi çempionatda da ağır mübarizə gözləyir. Bu gün hamıdan razı qaldım. Oyunçularıma və azarkeşlərimizə təşəkkürümü bildirirəm. İstəyərdim ki, Sumqayıt şəhəri final həyəcanı, sevincini yaşasın".

Xəbər xətti