Bu həftə Topaz Premyer Liqasında XXVI turun oyunları keçiriləcək. Eyni gündə - aprelin 27-də baş tutacaq tur “Zirə” üçün mövsümün son ev oyunu ilə əlamətdar olacaq.
Sportal.az xəbər verir ki, bu qarşılaşma iki komanda arasında 16-cı çempionat matçı olacaq. İlk dəfə 2015-ci ildə gələn rəqiblər 4 mövsüm ərzində 15 dəfə münasibətlərini aydınlaşdırıb. 4 dəfə rəqibindən bir xal alan “Zirə” 11 oyunda uduzub. “Qarabağ”ın qapısından 6 top keçirən paytaxt klubu 30 qol buraxıb. “Qartallar”ın qollarına 5 futbolçu imza atıb ki, Mirsayib Abbasov digərlərindən çox – 2 dəfə fərqlənib.
8-ci dəfə ağdamlıları qəbul edəcək “Zirə” əvvəlki 7 ev oyununda 2 xal qazanıb. 5 dəfə uduzan bakılılar 3 qol vurub və 15-ni buraxıb.
Qeyd edək ki, rəqiblər cari mövsümdə üç dəfə üz-üzə gəlib. Mövsümün ilk yarısında iki qələbə qazanan “Qarabağ” öz meydanında 3:2, “Zirə”nin ev oyununda 6:0 hesabı ilə qalib gəlib. III dövrənin səfər görüşündə isə "Zirə" bir xal əldə edib – 0:0.
saytlarin hazirlanmasi