“Sumqayıt” Azərbaycan çempionatlarında yubiley oyununu keçirib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, Topaz Premyer Liqasının XXVI turunun “Neftçi” ilə səfərdəki oyunu (3:2) “Gənclik şəhəri” təmsilçisinin 250-ci matçı olub. Bu görüşlərdən 124-ü evdə, 126-sı səfərdə keçirilib. Bu müddətdə 62 qələbə qazanan komanda 66 heç-heçə edib və 122 dəfə uduzub. 239 qol vuran sumqayıtlılar 364 top buraxıb.
Qeyd edək ki, “Sumqayıt” Premyer Liqada 250 və daha çox oyun keçirən 17-ci klubdur.
saytlarin hazirlanmasi