Azərbaycan kubokunun yarımfinal mərhələsində "Sumqayıt"la oyunlarda mübarizəni dayandıran "Zirə"nin baş məşqçisi Samir Abasov açıqlama verib.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis 3:3 hesabı ilə başa çatan oyunu şərh edib: "Oynayan bir komanda var idi. Əfsuslar olsun ki, finala çıxan rəqib oldu. Futbolçular hər şeyi super etdi. Onlar çox istəkli idi. Buraxdığımız ilk qol bizi bizi oyundan sildi. Fasilədən sonra yaxşı oynamağa başladıq. 3 qol vurduq. Bəlkə də, vaxt yetmədi ki, 4-cünü də vuraq. Belə oynasaq və bəzi dəyişiklik olsa, yaxşı komandamız var. Uşaqlara nəsə deməyə haqqımız yoxdur. Paltardəyişmə otağı sükutdur".
Abasov finalda "Sumqayıt"a azarkeşlik edəcəyini deyib: "Qəbələ" ilə final matçında "Sumqayıt"a azarkeşlik edəcəm. Bu komanda mənə doğmadır. Mənim ötən mövsümkü komandamla indiki "Sumqayıt" fərqlidir. İndiki komanda heç nəyə iddialı deyil. Biz iki cəbhədə mübarizə aparırdıq. Avrokuboklara vəsiqəni arzu edirdik. İndiki "Sumqayıt" isə nəyəsə iddia etmir. Arzum budur ki, kubokda qalib olsunlar".
Mütəxəssis mövsümün sonunda rəhbərliyin onunla bağlı qərar verəcəyini deyib: "Zirə"yə gələndə komanda sonuncu idi. Bu oyun gələcəyə ümid verir. Komandanı qurmağa vaxt lazımdır. Qışda gələn legionerlərin çıxışımıza təsiri oldu. Burdakı şərait məni qane edir. Vaxt verilsə, uğurlu gələcək qurmaq olar. Klubda qalıb-qalmayacağım rəhbərliyə veriləsi sualdır. Mən həddən artıq çox ümidliyəm".
saytlarin hazirlanmasi