Azərbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Keşlə"ni 3:1 hesabı ilə məğlub edən "Zirə"nin baş məşqçisi Samir Abasov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis öncə oyunu şərh edib:
- Kubok oyunundan sonra psixoloji cəhətdən yaxşı deyildik, gərgin idik. Bu oyunda uduzmamağımız şərt idi. Qalib gəlməsəydik də, yerimizi qoruyurduq. Qalib gəldik, çox qol vura bilərdik. Əfsuslar olsun ki, bizim üçün mövsüm başa çatıb, son tur formal xarakter daşıyacaq. Bu gündən gələcəyin planlarını qurmağa başladıq. Gələn mövsümün bizim üçün uğurlu olacağına ümid edirəm.
- Bu gün futbolçular həddindən artıq istəkli idilər.
- Sadəcə, uduzmamaq lazım idi. Oyundan əvvəl demişdim ki, heç-heçə də bizə sərf edir. Ancaq oyuna bərabərlik üçün çıxmaq bizim adımıza yaraşmaz. "Zirə" həmişə istəklə oynayıb. "Sumqayıt"la kubok oyunundan sonra kiməsə etiraz etməyə dilim gəlmədi. Buraxdığımız qolları bizi balansdan saldı. Bir az vaxt olsaydı, bəlkə də, qalib gələ bilərdik. Artıq bu oyun geridə qaldı. Bu gün istiyə və meydanın belə olmasına baxmayaraq, istəkli idik. Təəssüf ki, Bilal Həmdi yenə də zədələndi. Bu cür oyunun davamını gələn mövsümə gözləyək.
- Gələcək planları qurduğunuzu dediniz. Klubda qalacaqsınız?
- Bu günə kimi mənə "get" deyən olmayıb. Bu oyundan sonra planlar quracağımızı dedim. Bu otağı tərk edəndən sonra sabah nələr olacağını bilmirik. Ən azından özümüz üçün planlar cızırıq. Rəhbərliklə danışmışam, fikir mübadiləmiz olub.
- Göndərəcəyiniz futbolçuları müəyyənləşdirmisiniz?
- Gedənlərin siyahısı var. Özüm üçün konkretləşdirmişəm. 3-4 futbolçu dəqiq gedəcək.
- Bilal Həmdi tez-tez zədələnir. Onu komandada saxlamağın nə adı var?
- Sizinlə razıyam. Bilal kimi futbolçu bütün komandaya lazımdır. Həmdi "Qarabağ" və "Neftçi"də olsaydı, bu problem sezilməyəcəkdi. Bizim kimi klubda dərhal hiss olunur. Quracağımız planlara görə, ən azı 1-2 səviyyəli oyunçu alaq. Qalıb-qalmayacağını desəm, düz olmaz. Fakt odur ki, mən "Zirə"yə gələn zaman Bilal burda idi. Bilal həqiqətən də yaxşı futbolçudur. Özü də çox əziyyət çəkir. Fikirləşərik, görək, nə edirik.
saytlarin hazirlanmasi