“Zirə”nin Premyer Liqadakı bombardirləri siyahısında dəyişiklik olub.
Sportal.az xəbər verir ki, XXVII turun “Keşlə” ilə səfər oyununda (3:1) dubla imza atan Xulio Sezar Rodriqes “qartallar”ın heyətində çempionatdakı qol sayını 6-ya çatdırıb. Qış fasiləsində komandaya qoşulan paraqvaylı hücumçu klub tarixinin bombardirləri sırasında 4-cü yerə şərik çıxıb. O, eyni sayda qola imza atan Yovan Krneta, Vüsal İsgəndərli, Aleksandr Dedova çatıb. Rodriqes yalnız üç oyunçudan – Nelson Bonilya (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalır.
Xulio “Zirə”nin heyətində ilk dubluna imza atıb. O, komandanın tarixinə bir çempionat matçında iki qol vuran 10-cu futbolçu kimi tarixə düşüb. Rodiqesə qədər 9 oyunçumuz ümumilikdə 12 dubla imza atmışdı. İki qol vuran forvard komandanın dubl sayını 13-ə çatdırıb. Nelson Bonilya üç, Təmkin Xəlilzadə iki dəfə belə uğura imza atıbsa, digər yeddi oyunçu, o cümlədən paraqvaylı bir qarşılaşmada iki dəfə fərqlənib.
saytlarin hazirlanmasi