"Sumqayıt" yeni transferini rəsmən açıqladı FOTOLAR

14:22 - 4 İyun 2019

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçunu heyətinə qatıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü "Keşlə"də keçirmiş sabiq hücumçusu Amil Yunanovla anlaşıb. 1 illik müqavilə imzalayan Yunanov "Sumqayıt"da 9 nömrəli formanı geyinəcək.


Qeyd edək ki, 2015-2018-ci illər aralığında da "Sumqayıt"ın şərəfini qorumuş Amil Yunanov meydana çıxdığı 75 qarşılaşmada 28 dəfə rəqib qapılarına yol tapmaqla klub tarixinə ən çox qol vurmuş futbolçu kimi adını yazdırıb. O, "Keşlə" ilə yanaşı (24 oyun, 5 qol) "Qəbələ" (7 oyun, 1 qol) və "Rəvan"ın uğurları üçün çalışıb. Amil U-19 (3 oyun) və əsas millinin də (4 oyun) formalarını geyinib.

 

Image may contain: 1 person, smiling, standing and text

Image may contain: 1 person, smilingImage may contain: 1 person, smiling, outdoorImage may contain: 1 person, smiling, standing and indoor

 

Xəbər xətti