Ayxan Abbasov: "Futbolçular hələ tam formada deyil"

00:00 - 6 İyul 2019

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Keşlə”ni 1:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunundan sonra açıqlama verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 37 yaxşlı mütəxəssis oyunu şərh edib:

 

“Mövsümə hazırlıq toplanışımızda ilk oyunumuz olduğundan nisbətən çətinlik yaşadıq. Çünki futbolçularımız hələ tam formada deyillər. Yüklənməni yavaş-yavaş artırırıq. Bu qarşılaşmada iki müxtəlif heyətlə oynadıq. Futbolçulara fərqli tapşırıqlar vermişdik. Nəticədən asılı olmayaraq, futbolçulardan razı qaldım”.

Xəbər xətti