2019/2020 mövsümü üçün hazırlıqlarını Ankaranın Kızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri Kızılcahamam stadionunda Rumıniyanın “Petrolul Ploieşti” komandası ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Sumqayıt” növbəti yoxlama oyununu 24 iyul tarixində Türkmənistan təmsilçisi “Ahal”a qarşı keçirəcək.
Yoxlama oyunu
“Sumqayıt” – “Petrolul Ploieşti” 2:2
Qollar: Şəhriyar Əliyev, 16; Rüfət Abdullazadə, 38 – Antoniu Manolache, 4; Willian Pozo-Venta, 77.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 9. Amil Yunanov, 10. Əmir Ağayev, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 25. Baxşəli Baxşəliyev, 44. Elvin Cəfərquliyev
Meydana sonradan daxil olanlar: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 5. Adil Nağıyev, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 27. İsmayıl Babayev, 97. Xəyal Nəcəfov.
saytlarin hazirlanmasi