Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” sonuncu - 5-ci yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Türkiyə I Liqa təmsilçisi “Akhisarspor” klubu ilə qarşılaşıb. Oyunda hesab açılmayıb.
"Sumqayıt" daha öncə "Petrolul" (Rumıniya - 2:2) və "Gənclərbirliyi" (Türkiyə - 1:1) ilə bərabərə qalmışdı. "Göyərçinlər" “Ahal”a (Türkmənistan - 1:0) qalib gəlib, "Diyarbakırspor"a (Türkiyə - 0:1) isə uduzmuşdu.
"Sumqayıt" – "Akhisarspor" - 0:0
saytlarin hazirlanmasi