Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzan "Zirə"nin baş məşqçisi Samir Abasov mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis öncə oyunu şərh edib:
"Belə start yaxşı olmadı. Fərqli hissələr oldu. İlk hissədə daha yaxşı oynadıq. Səhvlərimiz rəqibin üstünlüyünə səbə oldu. Penalti epziodu həlledici an oldu. Həmin anda top öncə rəqibin futbolçusu Mirabdulla Abbasovun, son bizim futbolçunun əlinə dəydi. İlk matç idi, çətin olur. Özümüz özümüzə problem yaratdıq. Bəzi futbolçular çatdırmırdı. Kanallar qarışmışdı. Bizdən gözlənti çoxdur və bunun qarşılığını verməliyik".
Abasov zəif oyunla diqqət çəkən Mfo Kqasvane və Xulio Sezar Rodriqes barədə bunları deyib:
"Ola bilər ki, bəzi futbolçular yoxlama görüşündə qalıb. Oyuna çıxanda futbolçulara bizə heç kəsin bizə xal verməyəcəyini dedim. İnanırıq ki, hər şey ilk turda qalacaq".
saytlarin hazirlanmasi