Azərbaycan Premyer Liqasının IV turunda səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edən "Zirə"nin baş məşqçisi Samir Abasov oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis səbirli oynadıqlarını bildirib:
"Futbolçularıma sonadək səbirli davrandıqları üçün təşəkkür edirəm. Sumqayıtda yerli azarkeşlərin həmişə möhtəşəm dəstəyi olur. Rəqiblər üçün burda oynamaq çətin olur. Səbirli oynadıq".
Abasov limit məsələsinə də toxunub: "Hesab edirəm ki, limit Azərbaycan futboluna mane olur".
saytlarin hazirlanmasi