Azərbaycan Premyer Liqasının IV turunda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzan "Sumqayıt"ın məşqçisi Elnur Çodarov oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, mütəxəssis nəticəni şərh edib:
"Oyuna zəif başladıq və rəqib hesabı açdı. Tədricən toparlanmağa başladıq və bərabərlik qolunu fasiləyə kimi vurduq. İkinci hissədə daha yaxşı oynadıq. “Zirə” kimi komandayla oyunda 2 dəfə 100 faizli imkanı qaçırırsansa, bunun acısını çəkirsən".
Çodarov "Zirə"nin ikinci qolunu vuran Şafik Tiqrudjanın əllə oynaması barədə bunları deyib:
"Oyun zamanı epizodu görmədim. Ancaq matçda sonra təkrara baxanda gördüm ki, bəli, rəqib əllə oynayıb".
Mütəxəssis zəif performans sərgiləyən Sərtan Taşqının problemlərinin olduğunu söyləyib:
"Onun şəxsi həyatında problemləri var. İnanırıq ki, hər şey düzələcək".
saytlarin hazirlanmasi