"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 7-ci turunda evdə "Keşlə" ilə 0:0 hesablı heç-heçə etdikləri oyun barədə danışıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunu şərh edib:
"İlk növbədə müəllimləri peşə bayramı münasibəti ilə klub adından təbrik edirik. Oyuna gəlincə, “Keşlə”nin gücünü bilirdik. “Qarabağ”dan sonra ən az top buraxan və ən çox qol vuran komandadır. Oyunçularımdan razı qaldım. Onların da qol vurmaq şansı var idi, bizim də. Bir qol oyunun taleyini həll edə bilərdi. Yuxarı sıralarla fərq böyük deyil, fasilədən sonra mübarizəni davam etdirəcəyik. Bu 1 xal uşaqları ruhdan salmamalıdır".
saytlarin hazirlanmasi