Azərbaycan Premyer Liqasında VIII turun “Neftçi” – “Zirə” (3:0) matçından sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bildirdi:
- Oyun göz qabağındadı. “Neftçi” bizdən üstün idi və bu da nəticədə özünü göstərdi. İlk iki qolu uğursuz buraxdıq, bu da komandaya təsir etdi. Ümumən, “Neftçi” layiqli qələbə qazandı. Ancaq biz də təslim olmayacağıq. Vəziyyəti düzəltmək üçün çalışacağıq.
- Debütünüz böyük hesabla korlandı. Bundan sonra komandanı motivasiya etmək çətin olmayacaq ki?
- Hesab mənim işimə mənfi təsir göstərməyəcək. Əlimi aşağı salmayacam, əksinə, daha artıq işləyəcəyik. Dayanmaq olmaz, davam etmək lazımdı, edəcəyik də.