“Qarabağ”a qalib gəldikdən sonra cəmi iki gün xoşbəxt olduq”

12:29 - 1 Dekabr 2019

"Sumqayıt"ın hücumçusu Mehdi Şərifi Premyer Liqanın 13-cü turunda səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az xəbər verir ki, iranlı forvard öncə oyunu şərrh edib:
 
- Bu oyun bizim üçün vacib idi. Topu özümüzdə yaxşı saxlaya bilirdik. Məğlubiyyətə layiq olmasaq da, rəqibi qələbəyə görə təbrik edirəm. düşünürəm ki, növbəti oyunlarda daha yaxşı oynayacağıq.
 
- “Qarabağ”a qalib gəldikdən sonra “Keşlə”yə uduzmağı necə şərh edə bilərsən? Qısa zamanda nə dəyişdi?
- “Qarabağ”a qalib gəldikdən sonra cəmi iki gün xoşbəxt olduq. Bunun sevincini cəmi iki gün yaşamışıq. Daha sonra “Keşlə” ilə oyunu düşünməyə başladıq. Bu gün yaxşı oynadıq, ümid edirəm ki, növbəti oyunlarda daha da artıracağıq.
 
- Baş məşqçi Ayxan Abbasov komandadan narazı qalıb və futbolçuların “Qarabağ” üzərindəki qələbəni unuda bilmədiklərini deyib.
- Məşqçi belə düşünürsə, deməli, belədir. O, bunu bizdən daha yaxşı bilir. “Qarabağ”la oyunda çoxlu səhvlər etmişdim, özüm barədə deyə bilərəm ki, daha yaxşı oynadım. Məşqçi bu barədə fərqli düşünə bilər.
 
- “Persepolis” İranın güclü komandasıdır. Asiyanın adlı-sanlı komandasını qoyub, “Sumqayıt”a gəlməyində məqsəd nədir? Bura tramplin kimi baxırsan?
- Mən yalnız sabahı düşünürəm. Komanda olaraq növbəti matçı düşünürük. Növbəti tur “Qəbələ”ni qəbul edəcəyik və bunu ağlımdan keçirirəm. Addım-addım düşünürəm.

Xəbər xətti