Pep Qvardiolanın mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı iddia edilib.
Sportal.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb. İspaniyalı mütəxəssisin "şəhərlilər"lə müqaviləsi 2020/21 mövsümündə başa çatır, lakin sözləşmənin şərlətinə görə, Qvardiola komandanı 1 il öncə tərk edə bilər. Nəşr 48 yaşlı mütəxəssisin mövsümün sonunda klubdan gedəcəyi iddiasını irəli sürüb.
Mançester təmsilçisi təcrübəli çalışdırıcının belə qərar verəcəyi halda, baş məşqçi postuna "Tottenhem"dən ayrılan Maurisio Poçettinonu gətirməyə çalışacaq.
"Mançester Siti" Qvardiolanın rəhbərliyi altında son iki mövsümü Premyer Liqada qalib ramamlayıb.
saytlarin hazirlanmasi