“Sabah”ın U-14 koamndası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Audi Cup” turnirində iştirak edir.
Sportal.az xəbər verir ki, komanda yarışda ilk oyununu İspaniyanın “Levante” komandasına qarşı keçirib.
Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Oyunda Azərbaycan təmsilçisinin yeganə qoluna matçın son dəqiqəsində penaltidən Anar Cəbiyev imza atıb.
“Sabah” növbəti oyununu bu gün yerli “Saburtalo”ya qarşı keçirəcək.
saytlarin hazirlanmasi