Brendan Rocers Çağlar Söyüncünün gələcəyindən danışdı

13:52 - 15 Dekabr 2019

"Lester Siti"nin baş məşqçisi Brendan Rocers komandanın müdafiəçisi Çağlar Söyüncünün qış fasiləsində ayrılmayacağını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, şimali irlandiyalı mütəxəssis türkiyəli futbolçu ilə yeni müqavilə imzalanacağını deyib:

 

"Futbol direktorumuz Con Radkin Çağların agenti ilə görüşüb. Ancaq danışıqların necə getdiyindən məlumatsızam. Bəzi futbolçularımızla qışda müqaviləni uzada bilərik. Fasilədə hansısa oyunçu ilə yolları ayırmayacağıq. Bu heyəti qorumaq istəyirəm".

 

Çağlar "tülkülər"də vergilər xaric illik 1,7 milyon avro maaş alır. O, klubda ən az məvacib alan futbolçulardan biridir. "Lester Siti" Türkiyə millisinin üzvünə qaranti olaraq, illik 2,5 milyon avro maaş təklif edib.

Xəbər xətti