“Sabah” “Audi Cup”da iştirakını başa vurdu

11:11 - 16 Dekabr 2019

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Audi Cup”da iştirak edən “Sabah”ın U-14 komandası turnirdəki çıxışını başa vurub.

 

Sportal.az xəbər verir ki, komanda turnir çərçivəsində keçirdiyi son oyunda - 3-cü yer uğrunda matçda yerli “Saburtalo”yla qarşılaşıb. Qarşılaşma gürcülərin 3:1 hesablı qələbəsilə başa çatıb. Görüşdə "Sabah"ın yeganə qoluna Niyazi Osmanov imza atıb.

 

“Audi Cup”ın qalibi İspaniyanın “Levante” klubunu oyunsonrası penaltilər seriyasında məğlub edən İtaliya “Verona”sı olub (1:1, penaltilərlə 4:2).

Xəbər xətti