"Sabah"ın hücumçusu Kolumbiya klubuna keçə bilər

11:50 - 16 Dekabr 2019

“Sabah”ın hücumçusu Rocer Roxas karyerasını Kolumbiyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı forvardı “Deportivo Tolimo” klubu transfer etmək istəyir. Kolumbiyalı jurnalist Yulian Kapera “twitter” hesabında Roxasın “Deportivo Tolimo” ilə 1 illik müqavilə imzalayacağını yazıb.

 

Honduraslı hücumçu yayda "Sabah"a keçmişdi. Onun müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti