Çinlilər Özilə görə "Arsenal"ın oyununu yayımlamadı

13:52 - 16 Dekabr 2019

İngiltərə Premyer Liqasının 17-ci turunda keçirilmiş“Arsenal” – “Mançester Siti” oyunu (0:3) Çində yayımlanmayıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb "topçular"ın yarımmüdafiəçisi Məsut Özilin “İnstagram”da Şərqi Türküstanda çinlilərin insanlara qarşı zorakılıq etməsi barədər paylaşımı səbəb olub. Türkiyə əsilli futbolçu müsəlman məktəblərinin bağlandığını, “Quran”ın yandırıldığını bildirib:

 

“Quran” yandırılır, məscidlər bağlanır, mədrəsələr yandırılır. Dini alimlər öldürülür, düşərgələrə zorla hücumlar edilir, onların yerinə çinli kişilər ailələlər yerləşdirilir, qadınlar zorla çinlilərlə evləndirilir. Buna rəğmən müsəlman dünyası susur. Bilmirlər ki, zülmə razılığın qarşılğı zülmdür”.

 

Çinlilər Özilin bu paylaşımına sərt reaksiya verib.

 

<img alt="Image result for mesut özil türküstan" "="" data-cke-saved-src="https://www.yenicaggazetesi.com.tr/d/other/ozil.JPG" src="https://www.yenicaggazetesi.com.tr/d/other/ozil.JPG">

Xəbər xətti