"Arsenal"ın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın köməkçisi Mikel Arteta London klubunu çalışdıra bilər. İspaniyalı mütəxəssis bu posta əsas namizədlərdən biridir.
"Topçular"ın rəsmisi Vinay Venkateşamın Artetanın evindən çıxarkən çəkilən fotosu mətbuatda yayılıb. Onun 37 yaşlı mütəxəssislə danışıqlar apardığı və anlaşmanın əldə olunmaq üzrə olduğu bildirilir.
Pep Qvardiola Artetanın gedişinə mane olmayacağını açıqlayıb.
Unay Emerinin istefasından sonra londonluları Frederik Lyunberq müvəqqəti çalışdırır.
Arteta 2011-2016-cı illərdə "Arsenal"da oynayıb və karyerasını bu klubda başa vurub.
saytlarin hazirlanmasi