Klublararası dünya çempionatının “Monterrey” (Meksika) – “Liverpul” (İngiltərə) yarımfinal oyununda (1:2) komandaların baş məşqçiləri arasında gərginlik yaşanıb.
Sportal.az xəbər verir ki, matçın 76-cı dəqiqədə “Liverpul”un müdafiəçisi Co Qomes topu qəbul edərkən əllə oynayıb. “Monterrey”in baş məşqçisi Antonio Məhəmməd hakimin futbolçuya ikinci sarı vərəqəni göstərməyi tələb edib. Həmin "Liverpul"un baş məşqçisi Yurgen Klopp argentinalı həmkarına ironik reaksiya verib.
Hakim hər iki məşqçini sakitləşdirib və onlara sarı vərəqə göstərib.
saytlarin hazirlanmasi