İngiltərə Futbol Federasiyası "Tottenhem"in futbolçusu Son Hın Mini 3 oyunluq cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna 27 yaşlı hücumçunun İngiltərə Premyer Liqasınının 17-ci turunda "Çelsi" ilə matçda qırmızı vərəqə alması səbəb olub. Cənubi koreyalı futbolçu rəqib futbolçu Antonio Rudigerlə toqquşmadan sonra yerə yıxılıb. Bunun ardınca o, təpiklə rəqibin qarnına vurub. Bu hərəkətinə görə Son qırmızı vərəqə ilə cəzalandırılıb.
Son "Brayton", "Norviç" və "Sauthempton"la matçlarda meydana çıxmayacaq.
saytlarin hazirlanmasi