"Sabah"dan ayrılan cənubi afrikalı futbolçu Hendrik Ekşteyn karyerasını ölkəsində davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Cənubi Afrikaya qayıtmağı düşünür. Azad agent statusu daşıyan futbolçu yüksək liqa təmsilçisi "Kayzer Çifs"in hədəfindədir.
Ekşteyn yayda "Sabah"la müqavilə imzalamışdı. Onun sözləşməsinə qarşılıqlı razılaşma ilə xitam verilib.
saytlarin hazirlanmasi