"Liverpul"un klublararası dünya çempionatın "Flamenqo"ya 1:0 hesabıyla qalib gəldiyi final oyununda zədələnən futbolçusu Aleks-Oksleyd Çemberleynin vəziyyətinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, ingilis yarımmüdafiəçi ilin qalan iki oyununda iştirak etməyəcək. Ayaq biləyindən zədə alan futbolçu "Lester Siti" və "Vulverhempton"la matçları buraxacaq.
Bu mövsüm Mersisayd klubunun heyətində 21 oyun keçirən futbolçu 5 qol vurub.
saytlarin hazirlanmasi