Transfer cəzası aradan qalxan "Çelsi" 3 futbolçunu transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Borussiya"nın vingeri Ceydon Sançonun transferini həll edə bilmir. Dortmund təmsilçisi ingilis futbolçu üçün 110 milyon avro təzminat istəsə də, "zadəganlar" məbləği aşağı salmaq istəyir. Almaniya tərəfi endirimə getməyəcəyini bildirib.
Buna görə də, "Çelsi" Sançonuun transferini təxirə salıb. Londonlular "Kristal Pelas"dan Uilfried Zaha və "Leyptsiq"dən Timo Vernerlə danışıqlar aparır.
saytlarin hazirlanmasi