Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmir işləri başlayıb.
Sportal.az xəbər verir ki, yeni stadion üstüörtülü olacaq. Ot örtüyü Niderlanddan sifariş olunacaq. Qaçış zolağı ləğv ediləcək və genişlənmiş ərazidə üstüörtülü iki ehtiyat meydança da tikiləcək. Ərazidə otelin tikintisi də nəzərdə tutulub. Stadionun tutumu ilkin olaraq 16 min deyilir, ancaq inşaatın gedilşindən asılı olaraq 18 minə yaxın olmaq ehtimalı var.
Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun təmiri ilə bağlı sərəncam imzalayıb. Stadionunun yenidən qurulması məqsədilə Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Fotolar: Anar Xanlarov.
saytlarin hazirlanmasi