Türkiyə millisinin üzvləri "Lester Siti"nin transfer hədəfində

18:11 - 27 Dekabr 2019

"Lester Siti"nin transfer hədəfləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "tülkülər" "Yuventus"un müdafiəçisi Merih Demiralla maraqlanır. Komandanın baş məşqçisi Brendan Rocers Türkiyə millisinin üzvünün performansını bəyəndiyi üçün rəhbərliyi altında görmək istəyir.

 

Ceyms Meddisonu saxlaya bilməyəcəyi gözlənilər "Lester Siti" axtardığı "10 nömrə"ni "Milan"da tapıb. Premyer Liqa klubu "qırmızı-qaralar"ın türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlunu rənglərinə bağlamaq fikrindədir.

 

Növbəti mövsüm Çempionlar Liqasında oynayacağı gözlənilən "Lester Siti" iki transfer üçün ən azı 50 milyon avro büdcə ayırmağı planlaşdırır.

Xəbər xətti