Anası ulduz futbolçunu "Yuventus"dan Premyer Liqa klubuna aparır

13:22 - 31 Dekabr 2019

"Yuventus" yayda PSJ-dən azad agent statusu ilə transfer etdiyi Adrien Rabyönu satmağı planlaşdırır.

 

Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, futbolçunun agentliyini edən anası Veronika Rabyö İngiltərənin "Everton" klubu ilə anlaşıb. Liverpul təmsilçisinin 24 yaşlı yarımmüdafiəçini satın alma şərti ilə icarəyə götürəcəyi gözlənilir.

 

PSJ-nin yetirməsi Kriştiano Ronaldodan sonra Turin təmsilçisində ən çox maaş alan futbolçudur. Onun illik qazancı 9 milyon avrodur.

 

Rabyö bu mövsüm 12 oyun keçirib.

Xəbər xətti