İngiltərə Premyer Liqasının 20-ci turunda "Norviç Siti" - "Tottenhem" matçında (2:2) ev sahiblərinin bir azarkeşinin meydana telefon atması cəzalanmasına səbəb olub.
Sportal.az xəbər verir ki, matçın ilk hissəsində baş verən hadisədən sonra polislər fasilədə meydana telefon atan şəxsi tapıblar. Həmin şəxsin 3 il ərzində "Norviç Siti"nin ev oyunlarını keçirdiyi "Kerrou Road" stadionuna girişinin qadağan edildiyi bildirilib.
"Norviç Siti" yaydığı bəyanatda azarkeşin belə davranışının klubun imicinə uyğun olmadığını qeyd edib.
saytlarin hazirlanmasi