"Geri dönmək istəmirəm" - "Sabah"dan ayrılan futbolçu

14:19 - 1 Yanvar 2020

"Sabah"dan ayrılan Hendrik Ekşteyn gələcək karyerası barədə danışıb.

 

Sportal.az goal.com-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu vətəni Cənubi Afrika Respublikasına qayıtmaq istəmədiyini bildirib:

 

"Yeni klubun adını açıqlamayacam. Agentim bu istiqamətdə iş görür. Yerli kluba keçməcəyəcəm. Yenə ölkə xaricində qalmaq istəyirəm. Cənubi Afrikadan təkliflər almışıq. Ancaq düzgün danışmaq lazımdırsa, geri dönmək istəmirəm".

 

Ekşteyn yayda "Sabah"a tansfer olunmuşdu. Cənubi afrikalı yarımmüdafiəçi 13 oyuna 3 qol vurub, 4 assist etmişdi. Onunla qış fasiləsində yollar ayrılmışdı.

Xəbər xətti