"Sabah" yeni ildə ilk məşqinə çıxıb.
Sportal.az xəbər verir ki, akı klubu məşqi "Bank Respublika Arena"da keçirib. Məşqdə komandanın yeni transferi Mario Marina da iştirak edib.
"Sabah" yanvar ayının 7-nədək Masazırda məşq edəcək. Ayın 8-də Türkiyəyə yola düşəcək paytaxt təmsilçisi burda 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Jelko Sopiçin yetirmələri yanvarın 11-də Macarıstanın “Pakş”, 15-də Rumıniyanın “Akademika Klinçeni”, 19-da isə Qazaxıstanın “Kaysar” klubları ilə qarşılaşacaq. Son rəqibin kimliyi hələ bilinmir.
saytlarin hazirlanmasi