"Azərbaycandakı ab-hava xoşuma gəlmədi"

13:13 - 4 Yanvar 2020

“Sabah”dan Kolumbiyanın “Deportes Tolimo” klubuna keçən Rocer Roxas Azərbaycan futbolu ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, honduraslı futbolçu xoşbəxt olmadığı üçün ayrıldığını bildirib: “Azərbaycanda yarım mövsüm çıxış etdim, amma oradakı ab-hava xoşuma gəlmədi. Bu ölkədə xoşbəxt deyildim”.

 

29 yaşlı forvard “Sabah”da 13 oyuna 2 qol vurub.

Xəbər xətti