"Sumqayıt"ın heç-heçəsi - VİDEO

01:56 - 19 Yanvar 2020

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu 2-ci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın “Politexnika İaşi” klubu ilə üz-üzə gəlib. Bələk bölgəsindəki “Topkapı” otelinin stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

“Sumqayıt” Antalya toplanışındakı ilk yoxlama oyununda Macarıstanın “Kaposvar” klubuna 3:4 hesabıyla uduzub.

 

"Sumqayıt" – "Politexnika İaşi" (Rumıniya) - 1:1

Qol: Xəyal Nəcəfov, 12

 

Xəbər xətti