"Sumqayıt" məşqləri bərpa etdi

16:31 - 23 Yanvar 2020

“Sumqayıt” bir günlük istirahətin ardından Antalyada məşqlərini davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda təlim-məşq toplanışının 12-ci gününün səhər məşqini keçirib. Təxminən 1 saat 10 dəqiqə müddətində davam edən məşq iki hissədən ibarət olub.

 

İlk 30 dəqiqə ərzində fiziki hazırlıq üzrə məşq edən komanda daha sonra isə müxtəlif toplu hərəkətləri icra edib.

Xəbər xətti