Hendrik Ekşteyn: "Azərbaycanda özümü evdəki kimi hiss etdim"

22:03 - 24 Yanvar 2020

“Səbail”in yeni transferi Hendrik Ekşteyn klubun saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, cənubi afrikalı yarımmüdafiəçi transferi ilə bağlı danışıb:

 

“Səbail”ə qatıldığım üçün xoşbəxtəm. Komanda yoldaşlarım və texniki heyət məni əla qarşıladı. Həqiqətən də, komandaya fayda gətirmək üçün buraya gəlmişəm. Azərbaycana qayıtmağıma çox sevinirəm. Qısa zamanda bu ölkədə özümü evdəki kimi hiss etdim. Komandada əla oyunçular var və "Səbail"də debütümü səbirsizliklə gözləyirəm".

 

Ekşteyn mövsümün ilk yarısını "Sabah"da keçirib. 29 yaşlı futbolçu paytaxt təmsilçisində keçirdiyi 16 oyunda 3 qol vurub, 4 assist edib.

 

Xəbər xətti